TotalEnergies" şirkəti “Abşeron” yatağında hasilata başlayır
Fransa şirkəti Xəzər dənizində hasilatını layihənin işə salınması hesabına artırmağa ümid edib
"TotalEnergies" 2023-cü ildə Xəzər dənizindəki “Abşeron” yatağında hasilata başlayacağını təsdiqləyir
Fransanın “TotalEnergies” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” yatağında qaz hasilatının 2023-cü ildə başlanacağını təsdiqləyib və bu il karbohidrogen hasilatını, o cümlədən bu layihənin işə salınması hesabına artırmağa ümid edib.
“TotalEnergies” Azərbaycanda Oman, Braziliya və Abşeronda üç layihənin işə salınması səbəbindən 2023-cü ildə karbohidrogen hasilatının təqribən 2% artacağını gözləyir”, – şirkətin “İnterfaks-Azərbaycan” agentliyinə daxil olan materiallarında deyilir.
Onun sözlərinə görə, "Abşeron" yatağının hasilat gücü sutkada 40 min barel neft ekvivalenti olacaq.
2022-ci ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev Xəzərdəki “Abşeron” yatağında qaz hasilatının 2023-cü ildə başlanmasının planlaşdırıldığını bildirib.
“Abşeron” yatağının işlənməsi SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən yaradılmış Birgə Abşeron Petroleum Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km.
Abşeron bloku Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir. 2019-cu ildə SOCAR və TOTAL şirkəti “Abşeron” yatağında dərinliyi 7411 metr olan “ABD-001” istismar-qiymətləndirmə quyusunun qazılmasını başa çatdırıb. Yatağın ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.
Birinci mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə ən yüksək həddə ildə təxminən 5 milyard kubmetr qaz hasil edə bilər. Yataq həmçinin gündəlik təxminən 10 000 barel kondensat hasil edəcək.