XƏBƏRLƏR / Neft və Qaz

Dövlət Neft Fondunun 2024-cü il büdcəsi təsdiqlənib

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanda əksini tapıb

Dövlət Neft Fondunun 2024-cü il büdcəsi təsdiqlənib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900 232,5 min manat olacaq.

    Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.

    Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

    Sıra

    №-si

    Gəlir mənbələri

    Gəlirlərin məbləği (min manat)

    2.1.

    Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya

    iştirak payına düşən gəlirlər istisna olmaqla)

    8 146 218,8

    2.2.

    Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin

    akrhesabı ödənişləri

    3 600,6

    2.3.

    Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə

    ötürülməsindən əldə edilən gəlir

    24 223,4

    2.4.

    Dövlət Neft Fondunun valyuta aktivlərinin

    yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

    3 131 968,3

    2.5.

    Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı

    sərmayəçilər tərəfindən ödənilən bonuslar

    767 244,4

    Cəmi

    12 073 255,5

    Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

    Sıra

    №-si

    Xərc istiqamətləri

    Xərclərin məbləği (min manat)

    3.1.

    Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi

    12 781 000,0

    3.2.

    Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

    33 526,0

    3.3.

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət

    Proqramı”nın maliyyələşdirilməsi

    47 460,0

    3.4.

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

    38 246,5

    Cəmi

    12 900 232,5