XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,55 ABŞ dolları və ya 4,68 % azalaraq 113,01 ABŞ dolları təşkil edi

    Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 116,55 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4,48 % azalaraq 108,93 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.