XƏBƏRLƏR / Neft və Qaz

Əbu-Dabidə Beynəlxalq Neft Sərgisi və Konfrans başlayıb

3-6 noyabr tarixlərində keçiriləcək ADIPEC tədbirində Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir

Əbu-Dabidə Beynəlxalq Neft Sərgisi və Konfrans başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 3-6 noyabr tarixlərində Əbu-Dabidə keçirilən Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransının (ADIPEC) açılış mərasimində iştirak edib.

    "Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərimiz çərçivəsində ADIPEC sərgisi və konfransının açılış mərasimində iştirak etdik.

    Tədbirdə neft və qaz sənayesinin inkişafını formalaşdıran qabaqcıl texnologiyalar və innovativ həllər, eləcə də enerji, rəqəmsallaşdırma və bərpa olunan enerji strategiyaları sahəsindəki ən son nailiyyətlər nümayiş etdirilib.

    Həmçinin, Azərbaycanın enerji transformasiyası sahəsindəki təcrübəsini və davamlı və şaxələndirilmiş iqtisadi modelin təşviqi üçün davam edən səylərini bölüşdük", - deyə M.Cabbarov "X" sosial mediada yazıb.