XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan qazının Suriyaya çatdırılmasına Qətər yardım edir

Bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barak deyib

Azərbaycan qazının Suriyaya çatdırılmasına Qətər yardım edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Azərbaycan təbii qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib.

    Diplomat bu barədə “X” hesabında yazıb.

    O qeyd edib ki, Azərbaycandan nəql olunacaq təbii qaz avqustun 2-dən etibarən Suriya ərazisində 5 milyon evin bu yanacaq növünə ehtiyacını təmin edəcək:

    “Bu, belə bir kritik anda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan vacib bir addımdır. Qətər və onun rəhbərliyi bununla tərəfdaşlıq və dostluğu cəsarətli şəkildə nümayiş etdirdi”.

    Qeyd edək ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı başlayacaq, bunula bağlı tədbir olacaq. Bu, Azərbaycan Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə edir.