Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb
Məlumat dünya bazarlarından gəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir barelə olan qiyməti 0.48 ABŞ dolları və ya 0.73% artaraq 66.62 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.14 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
1 dəqiqədən az