XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan yanvarda hansı ölkələrə nə qədər neft ixrac edib?

Dövlət Gömrük Komitəsi xəbər verir

Azərbaycan yanvarda hansı ölkələrə nə qədər neft ixrac edib?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 932 715,48 min ABŞ dolları dəyərində 1 687 729,6 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Almaniya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 223 278,37 min dollar dəyərində 409 959,01 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvarında bu ölkəyə 202 264,3 min dollar 364 669.21 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

    Siyahıdan göründüyü kimi, hesabat dövründə 10 ölkəyə 1 903 035,78 min dollarlıq 3 460 826.94 ton neft ixrac edilib.

    Azərbaycanın bu ilin yanvar ayında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

    Ölkələr

    Miqdar (ton)

    Statistik dəyər (min ABŞ dolları)

    Cəmi

    3 460 826.94

    1 903 035.78

    1.

    İtaliya

    1 687 729.6

    932 715.48

    2.

    Almaniya

    409 959.01

    223 278.37

    3.

    Çexiya

    364 669.21

    202 264.3

    4.

    Xorvatiya

    338 948.76

    188 199.24

    5.

    Portuqaliya

    215 986.35

    109 076.82

    6.

    Rumıniya

    184 525.33

    104 822.29

    7.

    Böyük Britaniya

    130 604.9

    73 435.95

    8.

    Yunanıstan

    94 445.69

    52 588.25

    9.

    İrlandiya

    25 316.45

    12 426.28

    10.

    Türkiyə

    8 641.65

    4 228.79