XƏBƏRLƏR / Neft və Qaz

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Tehrana səfərə gəlib

O, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla İrana qaz ixracını müzakirə edib

Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Tehrana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tehranda “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller  ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında görüş keçirilib.

    Əhmədian bu görüşdə razılaşdırılmış layihələrin hər iki tərəfin əməkdaşlığı ilə ən qısa zamanda həyata keçiriləcəyinə ümid etdiyini bildirib.