XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 77.91 dollara satılır

Azərbaycanın builki dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb

Azərbaycan nefti 77.91 dollara satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 1.18 dollar və ya 1,49% ucuzlaşaraq 77.91 ABŞ dolları olub.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.