"Equinor ASA"(keçmiş "Statoil") Azərbaycandan getmək istəyir
Norvej şirkəti Azeri-Çiraq-Qünəşli yatağındakı payını satmaq istəyir
Norveçin “Equinor ASA” enerji şirkəti Azərbaycandakı aktivlərini, o cümlədən ölkənin ən böyük neft layihəsi olan “Azəri-Çıraq-Günəşli”də (7,27%) payı satmaq imkanlarını araşdırır.
Müqavilənin dəyəri təxminən 1 milyard dollar ola bilər.
Qeyd edək ki, mövcud müqavilənin şərtlərinə əsasən, Equinor öz payını satmaq üçün SOCAR-a üstünlük hüququ verməlidir.