Azərbaycan Türkiyənin qaz aldığı ölkələr sırasında ikincidir
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) hesabatında qeyd olunub
Azərbaycan 2023-cü ilin yanvar ayında Türkiyəyə 881,85 milyon kubmetr qaz ixrac edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) hesabatında qeyd olunub.
Azərbaycandan Türkiyəyə qaz ixracı ötən ilin yanvar ayı ilə müqayisədə 10,74% azalıb.
İlin ilk ayında Türkiyənin xaricdən idxal etdiyi qazın ümumi həcminin 14,58%-i Azərbaycanın payına düşüb. Ölkəmiz yanvar ayında Türkiyəyə qaz ixracının həcminə görə ikinci yeri tutub.
Birinci pillədə 35,45%-lə Rusiya, üçüncü pillədə 12,63%-lə Əlcəzair, dördüncü pillədə 12,13%-lə ABŞ qərarlaşıb.
Yanvarda Türkiyəyə 12 ölkədən - Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair, ABŞ, Belçika, Fransa, Yunanıstan, Norveç, Nigeriya, Oman, Trinidad və Tobaqodan (LPG formasında) qaz alıb.