XƏBƏRLƏR / Neft və Qaz

“Qazprom” Çinə qaz tədarükündə Türkmənistanı ötüb

2024-cü ilin fevralında “Qazprom” Çinə 2,5 milyard kubmetr, Türkmənistan isə təxminən 2,4 milyard kubmetr təbii qaz ixrac edib

“Qazprom” Çinə qaz tədarükündə Türkmənistanı ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın “Qazprom” şirkəti 2024-cü ilin fevralında Çinə boru kəməri vasitəsilə təbii qazın nəqlində ən böyük tədarükçü olub və bununla ilk dəfə olaraq uzunmüddətli lider Türkmənistanı geridə qoyub.

    Bu barədə Rusiya KİV-ləri Çinin Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.

    2024-cü ilin fevralında “Qazprom” Çinə 2,5 milyard kubmetr, Türkmənistan isə təxminən 2,4 milyard kubmetr təbii qaz ixrac edib. Türkmənistan “mavi yanacağı”nın gündəlik tədarükü 2024-cü ilin yanvarında 89 milyon kubmetrdən fevralda təxminən 82 milyon kubmetrə düşüb.

    Özbəkistan isə bu ilin fevralında Çinə təbii qaz ixracını tamamilə dayandırıb.

    Ümumilikdə, Çin 2024-cü ilin fevralında boru kəmərləri vasitəsilə 5,346 milyard kubmetr təbii qaz idxal edib və bu da ötən ilin göstəricisindən 17 % çoxdur.