Azərbaycan neftinin qiyməti ucuzlaşdı
Məlumat Türkiyənin Ceyhan limanında FOB bazası əsasında verilir

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,34 ABŞ dolları və ya 1,7% azalaraq 77,64 dollar/barel təşkil edib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,37 dollar və ya 1,76% ucuzlaşaraq 76,17 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,09 dollar və ya 1,75% azalaraq 60,91 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,18 dollar və ya 1,53% azalaraq 75,85 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.