Azərbaycan 1 ayda Avropaya 1 mlrd. kubmetr qaz ixrac edib
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb

Bu ilin yanvar ayında Azərbaycanda 3,9 mlrd. kubmetr qaz hasil edilib, bunun da 2 mlrd. kubmetri ixrac olunub.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Yanvar ayında təxminən Avropaya 1 mlrd. kubmetr, Türkiyəyə 0,7 mlrd. kubmetr, Gürcüstana isə 0,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,5 mlrd. kubmetr qaz nəql edilib”, - paylaşımda qeyd olunur.
Məlumata görə, hesabat dövründə Azərbaycanda neft-kondensat hasilatı 2,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 2 mln. ton olub.