XƏBƏRLƏR / İqtisadiyyat

2025-ci il dövlət büdcəsinin həcmi açıqlanıb

Müdafiə və milli təhlükəsizlik xərcləri rekord həddə

2025-ci il dövlət büdcəsinin həcmi açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclis Azərbaycanın 2025-ci il dövlət büdcəsini qəbul edib.

    Növbəti il ​​üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq edilmiş proqnozundan 5,4 faiz çox), xərcləri isə 41 milyard 407,6 milyon manat (4,2 faiz çox) proqnozlaşdırılır.

    Beləliklə, büdcə kəsiri 3 milyard 51,6 milyon manat təşkil edəcək ki, bu da ötən illə müqayisədə 9 faiz azdır.

    Müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon ($5 mlrd 34 mln) manata çatdırılır. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini təşkil edir.