XƏBƏRLƏR / İctimaiyyət

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Qanun layihəsi Milli Məclisdə bu gün təsdiqlənib

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.

    Qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Qanun layihəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

    Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdi.