ABŞ-ın Ermənistandakı səfirliyindən qadağa
Azərbaycanla həmsərhəd rayonlara getmək olmaz!

ABŞ-ın Ermənistandakı səfirliyi bu gün səfirlik əməkdaşlarına və onların ailələrinə Vardenis (Basarkeçər), Qoris (Gorus), Kapan (Qafan) və Yerasxa (Arazdəyən) getməyi qadağan edən tövsiyə verib.
Bu barədə səfirliyin saytında məlumat yayılıb.
Amerikalılara Ermənistan-Azərbaycan sərhədində təhlükənin yüksək olması səbəbindən bu ərazilərə getməmək tövsiyə olunur.