XƏBƏRLƏR / İctimaiyyət

Daha 30 ukraynalı uşaq reabilitasiya olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb FOTO

Daha 30 ukraynalı uşaq reabilitasiya olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinədən keçiblər və burada hər biri üçün fərdi bərpa proqramı hazırlanıb.

    Proqrama fərdi məsləhətləşmələr, qrup dərsləri, yoqa və rəqs terapiyası daxildir. Uşaqlar həmçinin terapevtik masaj, üzgüçülük hovuzu, vanna və incəsənət terapiyası alırlar.

    10 günlük proqrama həmçinin tarixi yerlərə ekskursiyalar, muzeylərə səfərlər, stolüstü oyunlar, yarışlar və digər fəaliyyətlər daxildir.