XƏBƏRLƏR / Parlament

2027-ci il dövlət büdcəsi qanun layihəsi MM-ə daxil olub

Bu barədə Milli Məclisdən məlumat verilib

2027-ci il dövlət büdcəsi qanun layihəsi MM-ə daxil olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

    Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) olacaq.

    2027-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilkin proqnozla müqayisədə 20 milyon manat artırılaraq 39 milyard 254 milyon manat nəzərdə tutulub.

    Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

    Maliyyə Nazirliyinin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında gəlirlər 39 milyard 234 milyon manat proqnozlaşdırılmışdı.

    Dövlət büdcəsinin xərcləri isə dəyişdirilməyərək 42 milyard 400 milyon manat saxlanılıb.

    Nəticədə büdcə kəsirinin yuxarı həddi ilkin proqnozdakı 3 milyard 166 milyon manatdan 3 milyard 146 milyon manata endirilib. Bu, 20 milyon manat və ya 0,6% azalma deməkdir.