XƏBƏRLƏR / Parlament

İyunda Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Bununla bağlı deputatlardan imzalar toplanıb

İyunda Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

    Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.