XƏBƏRLƏR / Parlament

Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfərə gəlib

MM sədri "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək

Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 30-da Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfərə gedib.

    Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfərdə Milli Məclisin sədri "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.

    Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.