Qırğızıstan parlamenti özünü buraxıb FOTO
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb

Bu gün keçirilən iclasda deputatlar Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlamentin) VII çağırışının özünü buraxması haqqında qərar layihəsini qəbul ediblər.
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Deputat Ulan Primov bu təşəbbüsün seçki qanunvericiliyində dəyişikliklərlə bağlı olduğunu bildirib.
"Prezident və parlament seçkiləri arasında çox qısa zaman fərqi var. Buna görə də ölkədə siyasi sistemi və sabitliyi möhkəmləndirmək məqsədilə təşəbbüs qrupu parlamentə səlahiyyətlərini könüllü olaraq dayandırmağı təklif edib".
Səsvermədə iştirak edən 89 deputatdan 84-ü bu qərarı dəstəkləyib.
"Qırğızıstanda növbədənkənar parlament seçkiləri prosedurlara uyğun olaraq noyabrın 30-da keçiriləcək." Bu barədə özünün buraxılmış Joqorku Keneşin spikeri Nurlanbek Turqunbek uulu bildirib.
“Çalışacağıq ki, seçkiləri heç vaxt olmadığı kimi təmiz keçirəyik", - o qeyd edib.