İstanbulda Azərbaycan və Ermənistan parlamentariləri görüşüb
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir
Noyabrın 18-də ATƏT-in Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.

Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd olunub, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.
1 dəqiqə