Ukrayna Ali Radasının sədri MM sədrinə zəng edib
Ruslan Stefançuk Sahibə Qafarova ilə Rusiyanın aqressiv hərəkətlərindən danışıblar

Stefançuk: Rusiyanın SOCAR-a hücumları və azərbaycanlılara qarşı repressiyaları eyni zəncirin halqalarıdır
Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun Milli Məclisin sədri Sahibə Qafarova ilə telefon danışığı olub. O, regionda uzunmüddətli sülhə doğru addım kimi Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasının vacibliyini qeyd edib.
Stefançuk Ukraynanın suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan təşəbbüsləri dəstəklədiyini vurğulayıb və Kiyevin iştirakı olmadan qərarların qəbul edilməsinin yolverilməz olduğunu bildirib.
O, Rusiyada azərbaycanlılara qarşı repressiyalar və Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlarla bağlı Azərbaycanla həmrəy olduğunu bildirib, onları eyni təcavüz zəncirinin bir hissəsi adlandırıb.
"Bu cinayətlər eyni təcavüz zəncirinin halqalarıdır və biz onları qətiyyətlə pisləyirik", - Ruslan Stefançuk vurğulayıb.
Stefançuk Qafarovanı Ukraynaya səfərə və Stokholmda Krım platformasının parlament sammitində iştirak etməyə dəvət edib.