XƏBƏRLƏR / Parlament

Sahibə Qafarova Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin Sədri Əhməd Metani ilə beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar

Sahibə Qafarova Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Məclisin Sədri Sahibə Qafarova Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

    Həmsöhbətlər iki xalq arasında ortaq dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyətini və beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

    Görüşdə parlamentlərarası əlaqələr, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində birgə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Əhməd Metani Azərbaycana Fələstin xalqını dəstəklədiyinə, eləcə də münaqişənin həlli istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.