XƏBƏRLƏR / Parlament

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Bakıda

Səfər çərçivəsində Natalya Koçanova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Bakıda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Belarus Milli Assambleyası Respublika Şurasının (yuxarı palata) sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda nümayəndə heyətini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, səfirlər Məhərrəm Əliyev, Dmitri Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində spiker N.Koçanova bir sıra görüşlər keçirəcək, həmçinin Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.