XƏBƏRLƏR / Şəhər

2050-ci ilədək dünya əhalisinin 70 faizi şəhərdə yaşayacaq

Bu sözləri Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib

2050-ci ilədək dünya əhalisinin 70 faizi şəhərdə yaşayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün dünyanın əhalisinin 55 faizidən çoxu şəhərlərdə yaşayır və proqnozlara görə, bu rəqəm 2050-ci ilə qədər təxminən 70 faizə çatacaq. Bu gün iqlim miqrasiyası ətrafında müzakirələr əvvəlkindən daha da aktuallaşır. Dünya Bankının proqnozlarına görə, kifayət qədər iqlim və inkişaf tədbirləri görülmədikdə, 2050-ci ilə qədər iqlim təsirləri 216 milyondan çox insanı ölkə daxilində köçməyə məcbur edə bilər. Bu məsələ xüsusilə su çatışmazlığı və ətraf mühitin degradiyası ilə üzləşən regionlar üçün vacibdir.

    Bu sözləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası çıxışı zamanı deyib.

    Regionumuz üçün həyati əhəmiyyət daşıyan Xəzər dənizinin iqlim dəyişmələrinin ciddi nəticələri ilə üzləşdiyini vurğulayan Muxtar Babayev son illərdə dənizin su səviyyəsinin azalmasının kəskin sürətləndiyini, bunun da ekosistemlər, nəqliyyat əlaqələri və regional infrastruktur üçün artan ekoloji, iqtisadi və sosial risklər yaratdığını qeyd edib.