XƏBƏRLƏR / Şəhər

Azərbaycan BMT-də Yeni Şəhər Gündəliyi haqda hesabat verib

Bu barədə Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri Anar Quliyev "X"-də bildirib

Azərbaycan BMT-də Yeni Şəhər Gündəliyi haqda hesabat verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan BMT-nin Yüksək Səviyyəli Görüşündə Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib.

    Bu barədə Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri Anar Quliyev X-də bildirib.

    "BMT Baş Assambleyasının Yüksək Səviyyəli Görüşünün açılışında çıxış etmək və Azərbaycanın Milli Bəyanatını təqdim etmək mənim üçün böyük şərəf idi. Bu bəyanat şəhərsalma siyasətimizin beş əsas prioritetinə yönəlib: rahat və əlverişli yaşayış mühitinin yaradılması, müasir planlaşdırma, rəqəmsallaşdırma, iqlim dəyişikliyinə davamlılıq və gələcəyin şəhərlərinin formalaşması. Həmçinin vurğuladım ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası "Daha Yaxşı Tikinti" prinsipi əsasında həyata keçirilir. Bizim üçün bu yanaşma təkcə infrastrukturun bərpası deyil, həm də uzunmüddətli sülh və yüksək keyfiyyətli həyat üçün təməl qoymaq deməkdir.

    Ölkə şəhərlərinin 86%-dən çoxu üçün yenilənmiş baş planlar hazırlanıb. Növbəti vacib mərhələ Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) ilə tərəfdaşlıqda Azərbaycanın Milli Şəhərsalma Siyasətinin hazırlanmasıdır", - deyə o yazıb.