XƏBƏRLƏR / Şəhər

Əfqanıstan nümayəndə heyəti Bakıya yola düşüb

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək

Əfqanıstan nümayəndə heyəti Bakıya yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin (NEPA) rəhbəri Mövləvi Məti-ül-Haq Xalis Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək.

    Bildirilib ki, nümayəndə heyəti artıq Azərbaycana yola düşüb və forumun tədbirlərində fəal iştirak etmək niyyətindədir.

    Xüsusilə də, nümayəndələr iqlim dəyişikliyi, şəhərlərdə ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf, tullantıların idarə olunması, "yaşıl şəhərlər"in inkişafı, havanın çirklənməsinin azaldılması və şəhər sistemlərinin dayanıqlığının artırılmasına həsr olunmuş texniki sessiyalarda və müzakirələrdə iştirak edəcəklər.

    Səfər çərçivəsində, həmçinin ekoloji əməkdaşlığın, texniki yardımın və birgə layihələrin müzakirə edilməsi məqsədilə beynəlxalq təşkilatlar, donorlar və müxtəlif ölkələrin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.