XƏBƏRLƏR / Şəhər

Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Bu barədə Çin Xarici İşlər Nazirliyi xəbər verir

Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Azərbaycana səfər edəcək.

    Bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) xəbər verir.

    Səfər 17-18 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak etmək üçün baş tutacaq.