Üç ildən sonra Talış kəndində uşaq dünyaya gəlib
Camalovlar ailəsində doğulan qıza Zəhra adı verilib
Azərbaycanın Qarabağ iqtisadi rayonu üzrə Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, 30 il sonra Tərtərin işğaldan azad edilmiş Talış kəndində uşaq dünyaya gəlib.
Camalovlar ailəsində doğulan qıza Zəhra adı verilib. Ailənin artıq iki böyük oğlu var.