XƏBƏRLƏR / İctimaiyyət

3 səfirlikdən ancaq Almanıya nümayəndəliyi XİN-ə cavab verib

Səfirliklər və onların yaratdığı təşkilatlar Azərbaycan qanunvericiliyini pozmağda və ölkənin daxili işlərinə qarişmaqda ittiham olunur

3 səfirlikdən ancaq Almanıya nümayəndəliyi XİN-ə cavab verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bununla əlaqədar Almaniya səfirliyi aşağıdakı məlumatı yayıb: 

    "Təəssüf edirik ki, bəzi KİV-lər qeyri-dəqiq məlumat yayıblar. Bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə məsələni nəzərə alan yüksək vəzifəli şəxsə izah etmişik. Almaniya Səfirliyi 3 dekabr 2021-ci il Beynəlxalq Əlillər Günü münasibətilə ''KEKALOVE ADAPTIVE'' tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 Avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalov və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləmişdir. Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik. Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik". ("Turan")

    Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan və ölkə qanunlarını pozmaqda suçlanan ABŞ və Fransa səfirlikləri hələ ittihamlara cavab verməyiblər.