30 il əvvəl itkin düşən hərbçinin qalıqları dəfn olunub
Şəhidin qalıqları ata-anasının məzarlarının yanında torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.
Əli Hüseynov Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Qalıqlar bu gün dəfn olunmaq üçün anadan olduğu Aşağı Yağlıvənd kəndinə gətirilib. Şəhidin qalıqları ata-anasının məzarlarının yanında torpağa tapşırılıb.
Şəhidin yaxınları bildirib ki, Əli Hüseynov I Qarabağ müharibəsi başlayan ilk gündən torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılıb. İtkin düşdüyü gündən ata-anası onun yolunu gözləyib və hər ikisi oğul həsrəti ilə dünyasını dəyişib.