“Heydər Əliyev 100: Həyat və irs” mövzusunda toplantı
İclasda ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin çıxışı olacaq
X Qlobal Bakı Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100: Həyat və irs” mövzusunda toplantı keçirilir.
“Dünya liderləri tərəfindən Heydər Əliyev irsinə hörmət” mövzusunda keçirilən panel sessiyanın moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldindir.
İclasda Albaniya Prezidenti Bayram Beqay xüsusi məruzə ilə çıxış edəcək. Bundan sonra ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin çıxışı olacaq.
Panel iclasda həmçinin Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Frayberqa, Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, bir sıra ölkələrin dövlət və hökumət başçıları, mötəbər beynəlxalq təşkilatların keçmiş rəhbərləri.