Azərbaycana ekstradisayalar həyata keçirilən ölkə adları
Ədliyyə Nazirliyi xəbər verir
Ekstradisiya sahəsində Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Statistikaya əsasən, 2020-ci ildən indiyədək Polşa, Almaniya, Ukrayna, Türkiyə, Belarus, Qazaxıstan, Bolqarıstan, Moldova və digər ölkələrdən ölkəmizə ekstradisiyalar həyata keçirilib.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ekstradisiya cinayətkarlığa qarşı mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması olub, cinayət törətməkdə təqsirləndirilən və ya məhkum edilmiş şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə verilməsidir.
Ölkəmizdə ekstradisiya proseduru ikitərəfli müqavilələr (İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan Respublikası, Çin Xalq Respublikası və İordaniya Haşimilər Krallığı) və Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının və Müstəqil Dövlət Birliyinin bu sahədə mövcud olan çoxtərəfli konvensiyaları əsasında həyata keçirilir.
Eyni zamanda, ölkələr arasında müqavilə və ya birgə üzv olduğumuz müfaviq konvensiya olmadıqda isə ekstradisiya proseduru 15 may 2001-ci il tarixli “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada aparılır.
1 dəqiqə