XƏBƏRLƏR / İctimaiyyət

30 ukraynalı uşaqdan ibarət yeni qrup Bakıya gəlib

O.Kondratiuk: Azərbaycana səmimi qəlbdən minnətdarıq

30 ukraynalı uşaqdan ibarət yeni qrup Bakıya gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna uşaqların reabilitasiya proqramlarına görə Azərbaycana minnətdardır.

    Bu barədə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiuk "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

    "Biz ukraynalı uşaqlara göstərdiyi dəstəyə və onlara heç olmasa bir müddət dinc hava məkanı altında yaşamaq imkanı yaratdığına görə Azərbaycana səmimi qəlbdən minnətdarıq", - o qeyd edib.

    Xatırladaq ki, reabilitasiya proqramı çərçivəsində növbəti iki həftəni Azərbaycanda keçirmək üçün 30 ukraynalı uşaqdan ibarət yeni qrup Bakıya gəlib.