17:21
Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb.
Zəhərlənmə diaqnozu ilə daha iki nəfər xəstəxanaya gətirilib.
Məlumata əsasən, məktəbdə odunla qızdırılan soba tüstülənib.
***
16:38
Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18 nəfərə çatıb.
Zəhərlənmə diaqnozu ilə daha bir nəfər xəstəxanaya gətirilib.
***
Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 15 nəfərə çatıb.
Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Dekabrın 5-də Salyan Rayon Mərkəzi Xəstəxanasın 17 nəfər (13 qadın, 4 kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
***
15:51
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təhlükəsiz yerə təxliyə ediliblər.
Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
***
15:44
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Hadisə Salyan rayonunun Aşağı Noxudlu kənd orta məktəbində baş verib.
Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 20 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
2 dəqiqə