XƏBƏRLƏR / İctimaiyyət

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daha bir qrup ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev özünün “X” hesabında bildirib.

    Onun sözlərinə görə, Sumi regionundan bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

    “Ukraynalı uşaqlar üçün olan bu proqramı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdarlara təşəkkür edirik”, - səfir qeyd edib.