XƏBƏRLƏR / İctimaiyyət

Bakı-Tbilisi qatarında 23 kq baqajı pulsuz aparmaq mümkündür

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC xəbər verir

Bakı-Tbilisi qatarında 23 kq baqajı pulsuz aparmaq mümkündür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. 

    Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC
     xəbər verir.

    Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. "Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. "Komfort+" kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.