XƏBƏRLƏR / İctimaiyyət

Nyu-Yorkda Trampın siyasətinə qarşı etiraz aksiyası keçirib

Bu barədə "The New York Times" qəzeti məlumat yayıb

Nyu-Yorkda Trampın siyasətinə qarşı etiraz aksiyası keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • The New York Times: Nyu-York şəhərində bir neçə min insan Tramp administrasiyasının siyasətinə qarşı etiraz aksiyası keçirib.

    Etirazçılar əsasən ABŞ İmmiqrasiya və Gömrük Xidmətini (ICE), administrasiyanın qanunsuz immiqrasiyaya qarşı siyasətini, Venesuelaya qarşı hərəkətlərini və hökumətin "kral siyasətini" tənqid ediblər.

    Xatırladaq ki, 8 yanvarda ICE agenti Minneapolisdə (Minnesota ştatı) keçirilən basqın zamanı ABŞ vətəndaşını güllələyərək öldürüb. Prezident Tramp agentin hərəkətlərini müdafiə edərək, onun özünümüdafiə məqsədilə hərəkət etdiyini iddia edib.