XƏBƏRLƏR / İctimaiyyət

Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb

YENİLƏNİB

Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:49

    Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb.

    Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan və axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılaraq adiyyatı üzrə təhvil verilib.

    Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.

    ***

    13 iyul 2026-cı il

    20:15

    İyulun 12-də Kəlbəcər rayonunun Çəpli kəndi ərazisində 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbov çaya düşüb. Bununla bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

    Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ilkin məlumata əsasən, azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb. Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.

    Hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.