Xankəndiyə göndərilən unun keyfiyyət sertifikatı SM-da
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib
Bakıdan Xankəndiyə göndərilən un məlumatlarının keyfiyyət sertifikatı var.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
"Biz sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik. Hazırda gözləmə mövqeyindəyik. Bu vaxta qədər vəziyyətdə hələ heç bir dəyişiklik yoxdur”, - o bildirib.
Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.