XƏBƏRLƏR / İctimaiyyət

Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib

Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

    Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq.

    Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şosesindən istifadə edə bilərlər.