XƏBƏRLƏR / İctimaiyyət

Cəzaçəkmə müəssisəsində dam örtüyü uçub, məhkum ölüb

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib

Cəzaçəkmə müəssisəsində dam örtüyü uçub, məhkum ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkum ölüb.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

    Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

    Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.