XƏBƏRLƏR / İctimaiyyət

Polisin iş rejimi gücləndirilib FOTO

DİN xəbər verir

Polisin iş rejimi gücləndirilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Polisin gücləndirilmiş rejimdə xidməti paytaxtla yanaşı respublikanın hər bir istiqamətində davam etdirilir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sıxlıq yaranan ərazilərdə hava şəraitinin yaratdığı fəsadların aidiyyəti dövlət qurumları ilə birgə aradan qaldırılması istiqamətində işlər görülür.

    "Yaşayış məntəqələrini birləşdiriən magistrallarda yaranan problemlərin aradan qaldırılması məqsədi ilə operativ tədbirlər görülür. Hərəkətin təhlükəsizliyi tam təmin edilir.

    Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hal-hazırda da davam etdirilir", - deyə bildirilib.

    Baş Dövlət Yol Polisi İdarəsi isə sürücülərə və piyadalara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi bir daha xatırladır.

    Sürücülər sürət həddini hava və yol şəraitinə uyğun seçməli, qəfil manevrlərdən çəkinməlidirlər.
    Avtomobillərin texniki vəziyyəti, xüsusilə şinlərin vəziyyəti yoxlanılmalı, əyləc sisteminin işlək olduğuna əmin olunmalıdır.

    Görüş məsafəsinin məhdudlaşdığı hallarda yaxın işıqları yandırmaq və digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafə saxlamaq vacibdir.

    Dumanlı havada və ya buzlu yollarda sürücülər xüsusilə ehtiyatlı olmalı, sərt tormozlamadan çəkinməlidirlər.
    Piyadalar da yolun görünməsinə və sürücülərin onları vaxtında görə bilməsinə diqqət etməlidirlər.

    Yol hərəkəti qaydalarına əməl olunması hər kəsin təhlükəsizliyi üçün mütləqdir!

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını ehtiyatlı olmağa və qaydalara ciddi riayət etməyə çağırır.