1991-ci ildən bu günədək 3400-dək sakin mina qurbanı olub
Məlumatı ANAMA Əməliyyat Əlaqələndirmə İdarəsinin rəisi Rahib Quliyev verib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) Əməliyyat Əlaqələndirmə İdarəsinin rəisi Rahib Quliyev:
"1991-ci ildən 2025-ci il iyunun 1-dək Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların qurbanlarının sayı 3400 nəfəri ötüb.
Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadındır.
2020-ci ilin noyabrından 2025-ci il iyunun 1-dək olan dövrdə mina qurbanlarının sayı 398 nəfər olub.
Onlardan 70 nəfər ölüb, 328 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb".