Gəncədə yasda zəhərlənənlərin sayı 111 nəfərə çatıb
AQTA əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub
23:34
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.
Araşdırmaların nəticələri barədə məlumat veriləcək
***
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.