XƏBƏRLƏR / İctimaiyyət

DYP hava şəraiti ilə əlaqədar piyadalara müraciət etdi

Dünəndən ölkə ərazisində, o cümlədən Bakıda qar yağır, yollar buz bağlayıb

DYP hava şəraiti ilə əlaqədar piyadalara müraciət etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

    Müraciətdə deyilir:

    “Əziz piyadalar:

    - paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

    - yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

    - qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

    - çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

    - balaca və asta addımlar atın;

    - pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

    - pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

    - yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

    - bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.