XƏBƏRLƏR / İctimaiyyət

Serbiyadakı etiraz mitinqində 325 000 etirazçı iştirak edib

BBC xəbər verir FOTO

Serbiyadakı etiraz mitinqində 325 000 etirazçı iştirak edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şənbə günü yüz minlərlə insan dəmir yolu vağzalının uçması nəticəsində 15 nəfərin ölümünə etiraz etmək üçün Serbiyanın paytaxtına axışıb.

    Hökumət Belqradda 107 000 nəfərin iştirak etdiyini bildirsə də, müstəqil bir müşahidəçi 325 000 insanın toplaşdığını və bunun Serbiyanın indiyə qədərki ən böyük etirazına çevrildiyini söylyib.

    Keçən noyabrda "Novi Sad"ın çöküşü hökumətə və prezident Aleksandar Vuçiçə qarşı qəzəbi gücləndirib. Nümayişçilər insan itkisində korrupsiyanı günahlandırırlar.

    Onlar hesab edirlər ki, fəlakət Vuçiçin Tərəqqi Partiyasının on ildən çox idarəçiliyini əks etdirir - onu stansiyanın son təmiri ilə yaxından əlaqələndirilir.

    Prezident Vuçiç şənbə günü xalqa müraciət edərək polisi tərifləyib və əlavə edib ki, "biz sülhü qoruya bildiyimizlə" fəxr edirik.

    O əlavə edib: "Etirazçıların mesajını “başa düşürəm” və “özümüzü dəyişməli olacağıq”" deyib.

    Çoxsaylı istefalara və Vuçiçin heç yerə getmədiyini israr etməsinə baxmayaraq, etirazlar artmaqda davam edir.