İran səfirliyinə 55 QHT-nin Pezeşkiana məktubu təqdim edildi
Məktubda İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil alması tələb olunur FOTO
Azərbaycan QHT-ləri İran səfirliyində Prezident Məsud Pezeşkiana açıq məktub təqdim ediblər.

Bu gün bir qrup Azərbaycan QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Pezeshkyana ünvanlanmış açıq məktubu təqdim ediblər. Səfirlik nümayəndələri məktubu qəbul ediblər. Məktubda İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil alması tələb olunur.
Məktubda, həmçinin Azərbaycan vətəndaş cəmiyyətinin təhsil və mədəni əməkdaşlığın təşviqinə sadiqliyi ifadə olunur.
1 dəqiqədən az